Allan Lalin üçün yeni şans
10.05.2010 - 11:45
Dünya çempionatının CAR-da keçiriləcək final mərhələsində çıxış edəcək Honduras milli komandası ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Reynaldo Ruedanın əsas qol ümidi Karlos Kostli zədələndiyi üçün sıradan çıxıb.
Rumıniyanın “Vaslui” klubunda çıxış edən hücumçunun sağ ayağının sümüyü qırıldığından, mundialdan kənar qalacaq. İyunun 2-də Azərbaycan milli komandası ilə qarşılaşacaq honduraslıların futbolçusunun ən azı 6 həftəyə ayağa qalxacağı gözlənilir.
Qeyd edək ki, Rueda seçmə mərhələdə 6 qol vuran hücumçunu layiqincə əvəz edən futbolçu ilə bağlı başını sındırır. Mütəxəssisin namizədliyini götür-qoy etdiyi hücumçular sırasında çoxdandı yığmaya çağırmadığı “Xəzər-Lənkəran”ın legioneri Allan Lalinin yer alması da istisna deyil.

- İdman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
0
0