Milli Məclisin üzvü dünya çempionatına yollanacaq
10.05.2010 - 23:02
Mayın 26-30-da Budapeştdə yaşı 30-dan yuxarı cüdoçular arasında ikinci dünya çempionatı keçiriləcək. Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığmasının heyətində yarışda Müşfiq Cəfərov, Vüqar Hüseynov, Zülfüqar Süleymanov (hər üçü 66 kq), Zülfiyə Hüseynova (70 kq), Elçin İsmayılov (73 kq), Famil İsmayılov, Mübariz Cəfərov, Əli Əhmədov, Seyfəl Əsgərov, Milli Məclisin üzvü Adil Əliyev (beşi də 81 kq), Fərhad Rəcəbli, Yaşar Səfərəliyev (hər ikisi 90 kq), Azər Əsgərov, Asəf Əsədov, Vidadi Əzizov, Azad Əliyev, Rəsul Sultanov, Mübariz Pənahov, İlham Zakirzadə (altısı da 100 kq) və Məhəmməd Müslümzadə (+100 kq) mübarizə aparacaq.
Ötən il Almaniyanın Zindelfingen şəhərində keçirilən dünya çempionatında Azərbaycan idmançıları 3 medal qazanmış, ümumi komanda hesabında 19-cu yeri tutub. Ustalardan ibarət yığmamızın baş məşqçisi Fərhad Rəcəblinin sözlərinə görə, idmançılarımız qarşıdan gələn çempionatda bir çox güclü cüdoçulara qalib gəlmək və dünya liderliyi uğrunda mübarizə aparmaq niyyətindədir: “Düşünürəm ki, biz buna qadirik. Milli birincilikdə Azərbaycan yığması üçün güclü idmançıların seçilməsi və hazırlıq toplanışlarının keçirilməsi sayəsində komandamız yaxşı formadadır və medallar uğrunda mübarizə aparmağa hazırdır”.
Ötən il Almaniyada keçirilən çempionatda Fərhad Rəcəbli (90 kq) finalda Kanada idmançısı Robert Anqusa qalib gəlib. Zülfiyə Hüseynova (70 kq) 2-ci yeri, Azər Əsgərov (100 kq) isə 3-cü yeri tutmuşdu.
AzərTac

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0