Azərbaycan cüdoçuları Avropa kubokunda 6 medal qazanıblar
11.05.2010 - 09:32
Cüdo üzrə gənclərdən ibarət Azərbaycan yığması Almaniyada keçirilən Avropa kubokunda 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb. Apasport.az saytının məlumatına görə, komandamızın heyətində Səid Gəncəli (50 kq) qızıl, Mehman Sadıxov (50 kq), İsgəndər Talişinski (55 kq) və Hüseyn Rəhimli (60 kq) yalnız həlledici görüşdə uduzaraq, gümüş medalla kifayətləniblər. Vüsal Şabanlı (55 kq) və Məhəmməd Şuşanov (73 kq) isə üçüncü yeri tutublar.
Qeyd edək ki, komanda hesabında Azərbaycan yığması 5-ci olub. Birinci yerdə Rusiya (6 qızıl, 4 gümüş və 14 bürünc), ikinci yerdə Almaniya (3 qızıl, 3 gümüş və 7 bürünc) və üçüncü yerdə Hollandiya (2 qızıl, 2 gümüş və 4 bürünc) qərarlaşıb.

- İdman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
0
0