Ronaldo Dunqaya rəqib oldu
11.05.2010 - 10:14
Braziliya milli komandasının sabiq futbolçusu Ronaldo CAR-da keçiriləcək dünya çempionatının final mərhələsində yenidən iş başında olacaq. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu mundialda şərhçi kimi fəaliyyət göstərəcək.
Yığmanın baş məşqçisi Dunqanın etimad göstərmədiyi “Yekədiş” ləqəbli futbolçu Meksikanın “Telmeks” şirkəti ilə bağladığı müqaviləyə əsasən, “Twitter” şəbəkəsində final mərhələsinin oyunlarını şərh edəcək. Ronaldo bu işdə də Dunqa ilə mübarizə aparacaq. Belə ki, pentakampeonların baş məşqçisi yığmanın sponsoru olan “Oi” telekommunikasiya şirkəti ilə anlaşdığı üçün, o da qarşılaşmaları şərh edəcək. Ronaldonun “Twitter”dəki ilk ifadəsində də elə Dunqayla rəqabətə işarə vurulub: “Görək, kim daha çox təəccübləndirəcək”.
Qeyd edək ki, “Korintians”da çıxış edən Ronaldo 1994 və 2002-ci illərdə mundialın qızıl, 1998-də gümüş medalını qazanıb. O, final mərhələlərində ən çox qol vuran oyunçu kimi tarixə düşüb. Ronaldonun ilk çempionluğu zamanı komandanın kapitanı məhz Dunqa idi.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0