Parataekvondo yığmamız dünyanın ən güclüsüdür!
12.05.2010 - 10:01
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən parataekvondoçular arasında II dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda 10 taekvondoçu ilə iştirak edən Azərbaycan yığması 1 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb.
Bu medallardan səkkizi kişi idmançılarımızın payına düşüb. Belə ki, Əvəz Tağıyevin yetirmələrindən Hüseyn Həsənov qızıl, Mahmud Səmədov, Vüsal İsmayılov, Cahangir Bayramov, Anar Hüseynov gümüş, Emin Nursəddinov, Rövşən Qəhrəmanlı və Vüqar Adışirinov bürünc medallara layiq görülüblər.
Taekvondoçularımızın dünya çempionatında uğurlu çıxışı onların medal sayına görə komanda hesabında 1-ci olması ilə nəticələnib.
Qadınların mübarizəsində Azərbaycanın idman şərəfini Aynur Məmmədova qoruyub. Yarışda yeganə təmsilçimiz ilk dəfə dünya çempionatında iştirak etməsinə baxmayaraq, bürünc medalla kifayətlənib.
Qeyd edək ki, ilk dünya çempionatı Bakıda keçirilmişdi. Həmin yarışda Azərbaycan idmançıları 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olmuşdular.

- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
0
0