Heç-heçələr günü - YENİLƏNİB
12.05.2010 - 20:38
Rusiyanın Həştərxan şəhərində keçirilən FİDE Qran-Pri turnirində bu gün III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 3 şahmatçı ilə təmsil olunduğumuz yarışda II turda məğlub olan Şəhriyar Məmmədyarov ağ fiqurlarla Pavel Elyanovu sınağa çəkib.
Onun kimi Vüqar Həşimov da ağ fiqurlarla oynayıb. Yarışın liderləri sırasında yer alan qrossmeysterimiz Boris Gelfandla (İsrail) üz-üzə gəlib. İlk iki turda heç-heçə edən Teymur Rəcəbov isə qara fiqurlarla Ruslan Ponomaryovla (Ukrayna) qarşılaşıb.
Hesabat turunda qalib müəyyənləşməyib. Bütün görüşlərdə heç-heçə qeydə alındığından turnir cədvəlində hansısa dəyişiklik qeydə alınmayıb.
III tur
Vladimir Akopyan (Ermənistan)- Petr Svedler (Rusiya) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Pavel Elyanov (Ukrayna) - 0,5:0,5
Vüqar Həşimov (Azərbaycan) - Boris Gelfand (İsrail) - 0,5:0,5
Yue Van (Çin) - Dmitri Yakovenko (Rusiya) - 0,5:0,5
Yevgeni Alekseyev (Rusiya) - Vasili İvançuk (Ukrayna) - 0,5:0,5
Ernesto İnarkiyev (Rusiya) - Peter Leko (Macarıstan) - 0,5:0,5
Ruslan Ponomaryov (Ukrayna) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
III turdan sonra turnir cədvəli: Həşimov, Gelfand, Leko, Ponomaryov, Elyanov – 2 xal. Yue, İnarkiyev, Rəcəbov, Yakovenko – 1,5. Akopyan, Alekseyev, İvançuk, Məmmədyarov, Svidler – 1.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0