Məşhur futbolçular İtaliya yığmasından kənarda qaldılar
12.05.2010 - 15:29
Əfsanəvi italyan futbolçular Alessandro del Pyero və Françesko Totti DÇ-2010-da iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, İtaliya yığmasının baş məşqçisi Marçello Lippi açıqladığı 28 nəfərlik ilkin heyətdə veteran futbolçulara yer verməyib.
Son mundialda elə Lippinin rəhbərliyi altında dünya çempionu olan Pyero ilə Tottinin yığmaya qayıdacağı haqda söz-söhbətlər gəzsə də, bunlar düz çıxmayıb. Lippi Tottinin “Roma”dakı komanda yoldaşı olan hücumçu Luka Toniyə da ehtiyac duymayıb.
Qeyd edək ki, italyanlar DÇ-2010-a hazırlığa mayın 23-də vətənlərində başlayacaq. Lippi yetirmələrini iyunun 3-də Brüsseldə Meksika, bundan iki gün sonra Cenevrədə İsveçrə yığması ilə yoldaşlıq görüşündə sınayacaq.
Qapıçılar: Canluicci Buffon (“Yuventus”), Morqan De Sanktis (“Napoli”), Federiko Marketti (“Kalyari”), Salvatore Siriqu (“Palermo”)
Müdafiəçilər: Salvatore Bosketti, Domeniko Krişito (hər ikisi “Cenoa”), Leonardo Bonuççi (“Bari”), Fabio Kannavaro, Corcio Kyellini, Fabio Qrosso (hamısı “Yuventus”), Mattia Kassani (“Palermo”), Kristian Maco (“Napoli”), Canluka Zambrotta (“Milan”)
Yarımmüdafiəçilər: Mauro Kamoranezi, Antonio Kandreva, Klaudio Markizio (hamısı “Yuventus”) Andrea Kossu (“Kalyari”), Daniel De Rossi (“Roma”), Cennaro Qattuzo, Andrea Pirlo (hər ikisi “Milan”), Rikardo Montolivo (“Fiorentina”), Anqelo Palombo (“Sampdoriya”), Simone Pepe (“Udineze”)
Hücumçular: Marko Borryello (“Milan”), Antonio Di Natale (“Udineze”), Alberto Çilardinyo (“Fiorentina”), Vinçenso Yakvinta (“Yuventus”), Campaolo Patsini (“Sampdoriya”), Fabio Kvalyarella (“Napoli”), Cuzeppe Rossi (“Vilyarreal”, İspaniya)

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0