Dünya kubokuna 32 namizəd: Maradona + Messi
12.05.2010 - 16:56
Dünya çempionatının final mərhələsinin startına 30 gün qalıb. Mundial iştirakçıları ilə tanışlığı davam etdirən apasport.az saytı sayca 7-ci təqdimatını Argentina yığmasına həsr edir. Orta nəsil nümayəndələrinin qəlblərini fəth edən Dieqo Maradona ilə gənc nəslin sevimlisi Lionel Messi üçün bu “7” rəqəminin xoşbəxt olub olmayacağı isə iki aydan sonra məlum olacaq.
Dosye
Federasiya: Asociación del Fútbol Argentino (Argentina Futbol Assosiasiyası)
Prezidenti: Xulio Qrondona
Yaranma tarixi: 1893.
1912-ci ildən FİFA, 1916-cı ildən CONMEBOL-un üzvüdür.
Ləqəbi: Albiselesta
Rəngləri: ağ-mavilər
Baş məşqçi: Dieqo Maradona
Tarixinin ilk oyunu: Uruqvay 3:2 (1901-ci il)
Yığmada ən çox oyun keçirənlər: Xavyer Zanetti (136), Roberto Ayala (115), Dieqo Simeone (106)
Yığmada ən çox qol vuranlar: Qabriel Batistuta (56), Ernan Krespo (35), Dieqo Maradona (34)
Əfsanələri: Dieqo Armando Maradona, Xorxe Valdano, Klaudio Lopes, Xuan-Sebastyan Veron, Qabriel Batistuta, Mario Kempes, Xavyer Zanetti, Roberto Ayala, Dieqo Simeone, Ernan Krespo, Orteqa, Maskerano, Xayntse, Redondo, Rikelme, Rikardo Vilya, Luke, Kanica, Lionel Messi, Di Stefano
Kuryoz başlanğıc
1930-cu ildə keçirilən ilk mundiala favoritlərdən biri kimi yollanan albiselesta yalnız həlledici qarşılaşmada uduzub, gümüş medala sahib oldu. Meydan sahibləri Uruqvaya məğlubiyyət kuryoz hadisə ilə müşayiət olundu. İndikindən fərqli, hər yığmanın özü ilə top gətirdiyi çempionatın həlledici görüşü mübahisəyə səbəb oldu. Argentinalılar onların, uruqvaylılar isə özlərinin topu ilə oynamaq istəyirdi. Hakim hər 45 dəqiqənin bir topla oynanılmasına qərar verdi. Albiselesta ilk yarıda öz topu ilə 2:1-lik qələbə qazansa da, fasilədən sonra Uruqvayda hazırlanan top işə düşdü. Meydan sahibləri 3 dəfə fərqlənib 4:2 hesabı ilə qalib gəldi. Bir qolu olmayan Kastro da bu qarşılaşmada qol sevinci yaşadı. Argentinada isə polislə Uruqvay səfirliyini daşa basan fanatlar arasında böyük qalmaqal yaşandı.
Nailiyyətləri
1950 və 1954-cü illərdə keçirilən mundiallar istisna olmaqla, argentinalılar final mərhələlərinin əbədi iştirakçısı olub. Tarixləri ərzində 4 dəfə final çıxan ağ-mavilər 1930-cu ildən sonra həlledici görüşü 48 il gözləməli olub. Argentinada keçirilən yarışın finalında əfsanəvi Rinus Mihelsin möhtəşəm Hollandiya yığmasını çətinliklə məğlub edən albiselesta ilk titulunu qazanıb. Mario Kempesin arxasınca daşıdığı yığma 8 il sonra Meksikada yeni ulduz tapmışdı. Bu dəfə əfsanəvi Maradona komandasını zəfərə daşıyırdı. Millisinin uğuru üçün ayağı və başı ilə yanaşı, əlini də işə salmaqdan da çəkinməyən Dieqo finalda AFR üzərində 3:2 hesablı qələbənin də memarlarından idi. Növbəti iki mundialda isə Maradona ağlayırdı. 1990-cı ildə finalda revanş götürən almanlar Bremenin vurduğu şübhəli penalti ilə Maradona və yoldaşlarına “dağ çəkdi”. 1994-cü ildə isə narkotik qəbul etdiyi üçün mundialın gedişi zamanı onu çempionatdan, yığmasından uzaqlaşdırdılar. Argentinalılar daha 14 dəfə Amerika kubokunu başı üzərinə qaldırıb - 1921, 1925, 1927, 1929, 1937, 1941, 1945, 1946, 1947, 1955, 1957, 1959, 1991, 1993. Son iki Yay Olimpiya Oyunlarında da qızılın ünvanı gümüşü ölkə olub.
DÇ yolunda
Maradonanın həmvətənləri seçmə mərhələyə Alfio Basilenin rəhbərliyi altında başladı. Start kifayət qədər uğurlu alındı. Ardıcıl 3 oyunda qapısından qol buraxmayan ağ-mavilər qələbələri sıraladı: Çili – 2:0, Venesuela – 2:0, Boliviya – 3:0. Lakin Messi və yoldaşlarının sevincli anlarının sonu tez çatdı. Kolumbiya (1:2), Ekvador (1:1), Braziliya (0:0), Paraqvay (1:1), Peru (1:1) ilə qələbəsiz oyunlar seriyası ağ-mavilərin durumunu ağırlaşdırdı. Sonradan Uruqvayı udub (2:1) Çiliyə məğlub olan (0:1) argentinalılar Basileni istefaya göndərdi. 10 turdan sonra çətin vəziyyətdə olan yığmanın “sükanı arxasına” baş məşqçi kimi ciddi uğur, hətta təcrübəyə malik olmayan Maradona gətirildi. O, da ilk 6 qarşılaşmada 4 dəfə üzüntü yaşadı: Venesuela (4:0), Boliviya (1:6), Kolumbiya (1:0), Ekvador (0:2), Braziliya (1:3), Paraqvay (0:1). Artıq yığmanın mundiala çıxması da sual altında idi. Son iki matçda qələbə zəruri idi. Maradona və komandası da bunu bacardı. Peru (2:1) və Uruqvay (1:0) üzərindəki qələbələr Maradonanın nüfuzunu xilas etdi.
Taktika axtarışında
Seçmə mərhələnin startında komandanı çalışdıran Basile 4-3-1-2 sxeminə bel bağlayırdı. Bəzən isə bu 3 hücumçulu sistemlə əvəz olunurdu. Bunun fayda vermədiyini görən mütəxəssis orta sahəni zənginləşdirmək üçün 3-4-3-ə keçdi. Bunun nəticələri isə baş məşqçi istefasına səbəb oldu.
Maradona gəldiyi gündən 3-4-3 və 4-4-2-yə güvənməyə başladı. Lakin uğursuzluqlar onu da 4-3-1-2-yə üstünlük verməyə məcbur etdi. Sərbəst pleymeyker vəzifəsini Dieqoyadək icra edən Rikelme yeni çalışdırıcı ilə yola getmədiyi üçün millidən imtina etdi. Bu funksiya Pablo Aymara tapşırıldı ki, o da ümidləri müəyyən mənada doğrulda bildi. Daim taktikanı dəyişməsi heyəti isə, ümumiyyətlə formalaşdıra bilməməsi üzündən mütəxəssis daim tənqidlərə məruz qalırdı. Seçmə mərhələ boyu 3 qapıçıya – Kariso, Anduxar və Romeroya güvənən albiselestada kimin əsas əlcək sahibi olduğu hələ də bilinmir. Arxa xətdə də eyni problem var. Sağda Zanetti, Qutyerres və Otamendini il boyu sınayan Maradona mərkəzdə Demişelis və Hayntseyə, bəzən Dominqesə etimad göstərir. Müdafiənin solu isə İnsua tərəfindən “özəlləşdirilib”.
Yarımmüdafiə və ön xətdə isə çalışdırıcının seçim etmək imkanı ona başağrısı ola bilər. Bütün variantlarda oynayacağı dəqiq olan Messi ilə birgə meydana çıxmağa Maskerano, Xonas, Qaqo, Maksi Rodriges, Veron, Di Mariya, Teves, Hiquain və Aquero kimi ulduzlar namizəddir.
Oyunlarının təqvimi
12.06.2010 Nigeriya
17.06.2010 Cənubi Koreya
22.06.2010 Yunanıstan
Mundial iştirakçısı və biz
Argentina və Azərbaycan komandaları indiyədək heç vaxt üz-üzə gəlməyib. Lakin bu ölkədən olan futbolçular üçün klublarımızın şərəfini qorumaq adi hala çevrilib. Gümüşü ölkəni ilk kəşf edən “Bakı” olub. 6 il əvvəl “zolaqlılar” Fernando Peres və Gilyermo Leyvonu transfer etdi ki, sonuncu tezliklə geri qaytarıldı. Peres isə iki dəfə Azərbaycan çempionu olub. Bir dəfə kuboku qazanmaqla yanaşı, Premyer Liqada 99 oyuna 40 qol vurub. Bu göstəricidə Azərbaycan çempionatları tarixinin üçüncü legioneri olan Fernando, ümumilikdə “Bakı”da 116 matça 47 qol vurub. Bununla da klubun tarixinin ən məhsuldar oyunçusudur. Ötən ilin oktyabrında vətəninə yola salınan hücumçunun digər həmyerliləri də ölkəmizdə çıxış edib. Onlar böyük uğura imza ata bilməyib. İndi də klublarımızda oynayanlardan “Qəbələ”li Kristian Torresi qeyd etmək olar.
Apasport.az-ın proqnozu: Maradonanın komandası mundialın əsas favoritlərindən sayılır. Messinin hansı formada olacağı həlledici rol oynaya bilər. Hər halda, komanda minimum yarımfinala çıxmalıdır.
Vüqar XEYRULLAYEV

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0