Dünya kubokuna 32 namizəd: Berti Foqtsun super qartalları
12.05.2010 - 23:00
Dünya çempionatının final mərhələsinin startına 29 gün qalıb. Yarış iştirakçıları ilə tanışlığı davam etdirən apasport.az saytı bu dəfə Nigeriya yığmasını təqdim edir. Afrikalılar dünyanın ən güclülərindən sayılmasa da, doğma qitədəki mundialda nailiyyət əldə etmək əzmindədirlər.
Dosye
Federasiya: Nigeria Football Federation (Nigeriya Futbol Federasiyası)
Federasiya prezidenti: Sani Abdullahi
Yaranma tarixi: 1945
1960-cı ildən FİFA-nın, 1959-cu ildən CAF-ın üzvüdür.
Ləqəbi: Super qartallar
Rəngləri: yaşıllar
Baş məşqçi: Lars Laqerbek
Tarixinin ilk oyunu: Syerra-Leone 2:0 (1949-cu il)
Yığmada ən çox oyun keçirənlər: Mudaşiri Laval (86), Nvankvo Kanu (81)
Yığmada ən çox qol vuranlar: Rəşid Yekini (37), Sequn Obaqbami (23), Yakubu Ayeqbeni (19)
Məşhur oyunçuları: Nvankvo Kanu, Daniel Amunike, Emanuel Amokaçi, Viktor İkpeba, Obafeme Martins, Cey-Cey Okoça, Culius Aqahova, Samson Siasia, Con Obi Mikel
Nailiyyətləri
Tarixində 4-cü dəfə mundialın final mərhələsinə yüksələn super qartallar artıq iki dəfə qrup səddini adlamağı bacarıb. 1994-cü ildəki debüt yarışında indiki kimi Argentina (1:2) və Yunanıstanla (2:0) eyni qrupda mübarizə aparan afrikalılar Bolqarıstanı (3:0) da məğlub etməklə, mərhələni uğurla keçdi. Onların 1/4 finala yolunu İtaliya bağladı.
Amunikenin qolundan sonra hesabı açan Nigeriyanı Roberto Baconun dublu dayandırdı. Bunun nəticəsi idi ki, komanda FİFA reytinqində 5-ci pilləyədək irəlilədi. 4 il sonra isə 1/8 finalda super qartalları Danimarka məğlub etdi – 4:1. 2002-ci ildə qrup səddini aşa bilməyən yığma son mundialı kənardan izlədi. Bundan başqa 1980 və 1994-də Afrika, 1996-cı ildə Olimpiya çempionu olan Nigeriya həmin il dünyanın ən güclü komandası sayılıb.
DÇ yolunda
İkinci seçmə mərhələdə Nigeriyanın qabağına çıxan tapılmadı. Ekvatorial Qvineya (1:0, 2:0), Syerra-Leone (4:1, 1:0) və CAR (2:0, 1:0) yığmalarının heç biri super qartalların “caynağından” qurtulmayıb. Əslində, mundialın meydan sahibi olan CAR-ın seçmə mərhələdəki çıxışı təəccüblü görünə bilər. Lakin ikinci seçmə mərhələ həm də Afrika Millətlər Kubokuna vəsiqələrin sahibini müəyyənləşdirirdi. Nigeriya qrup qalibi olmaqla, həm qitə çempionatına, həm də üçüncü seçmə mərhələsinə yüksəldi. Orada isə Nigeriyanın dadına Mozambik çatdı. Tunis (2:2, 0:0), Mozambik (1:0, 0:0), Keniya (3:0, 3:2) ilə eyni qrupda mübarizə aparan “yaşıllar”ın taleyi son turda həll olundu. Keniya ilə səfər oyununa yollanan Nigeriya Tunisdən 2 xal geri qalırdı. Heç bir iddiası qalmayan Mozambikin Tunisi minimal hesabla məğlub etməsi, Şaybu Amadunun yetirmələrinə sevinc bəxş etdi.
İstefalar, bəhanələr, səbəblər
Seçmə mərhələ ərəfəsində Ceyms Peterslə yollarını ayıran nigeriyalılar yığmanı Şaybu Amaduya tapşırdı. Karyerasında 4-cü dəfə həmyerlilərinin böhran vəziyyətindən çıxarmalı olan mütəxəssis super qartalları final mərhələsinə daşımaqla yenə öz işini gördü. Lakin onu da istefaya göndərən federasiya isveçli Lars Laqerbeki millinin sükanı arxasına gətirdi. Lakin onun işi o qədər də asan olmayacaq. Yığmanın özəyini təşkil edən “Everton” klubunun 3 ulduzu - Cozef Yobo, Viktor Aniçebe və Yakubu Ayeqbeni elə İngiltərədə baş tutacaq hazırlıqlara qatılmayacaq. Buna klub rəhbərliyinin onları FİFA pəncərəsi olmayan zaman kəsiyində yığmaya buraxmaq istəməməyi səbəb olub. Əslində, afrikalılar bu səbəb olmadan da özlərinə yaxşı bəhanə tapıb. Nigeriya idman naziri onlar üçün ayrılan mehmanxanadan narazılıqlarını açıq şəkildə büruzə verib.
Oyunlarının təqvimi
12.06.2010 Argentina
17.06.2010 Yunanıstan
22.06.2010 Cənubi Koreya
Mundial iştirakçısı və biz
Ayrı-ayrı qitələri təmsil etdiyindən komandalarımız nigeriyalılarla heç vaxt görüşməyiblər. Lakin bu ölkədən olan futbolçular 2004-cü ildən başlayaraq Azərbaycana böyük axınla gəlib. Futbolçudan çox, yoldan keçənlərin də qatıldığı bu axının içində Laki İdahor, Emeka Opara kimi mini-ulduzlar, Viktor İbekoyi və Əhməd Ticani kimi ölkəmizdə parlayan bombardirlər də olub. Usim Nduka isə milliləşərək yığmamıza cəlb olunan ilk nigeriyalı və ilk afrikalı kimi tarixə düşüb. Nigeriyalı komandamızda 10 qarşılaşmaya çıxıb.
Bundan başqa millimizin baş məşqçisi Berti Foqtsun Azərbaycana gələnədək super qartalları çalışdırıb. 2007-ci ilin yanvarında Nigeriya yığmasının “sükanı arxasına” keçən mütəxəssis 13 aydan sonra istefa verdi. 2008-ci il Afrika çempionatının 1/4 finalında Qanaya 1:2 hesabı ilə məğlubiyyət almaniyalı üçün sonuncu oldu. Cəmi iki ay sonra AFFA ilə anlaşan Foqts Nigeriyadakı 15 matça 7 qələbə və 3 heç-heçə ilə yanaşı 5 dəfə məğlubiyyət acısı daddı. Super qartalların 17 qoluna sevinən mütəxəssis 13 dəfə rəqiblərinin fərqlənməsinə üzüldü.
Apasport.az-ın proqnozu: 8 il əvvəlki kimi yenə qrupda qalacaq.
Vüqar XEYRULLAYEV

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0