ŞOK: Maradona Nigeriya ilə oyunun start heyətini açıqladı
13.05.2010 - 10:54
Argentina yığmasının baş məşqçisi Dieqo Maradona yenə gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis dünya çempionatının final mərhələsində qrupda keçirəcəkləri ilk oyun üçün start heyətini indidən açıqlayıb.
İyunun 12-də Nigeriya ilə həmin görüşə 30 gün qalsa da, Maradona əsas heyəti açıqlamağı qərara alıb: “ Qapıda Serxio Romero, müdafiədə Nikolas Otamendi, Martin Demişelis, Valter Samuel və Qabriel Hayntse olacaq. Yarımmüdafiənin mərkəzində Xavyer Maskerano ilə Xuan Sebastyan Veron oynayacaq. Cinahlarda Anhel Di Mariya və Yonas Qutyerres yer alacaq. Lionel Messi azad rəssam kimi çıxış edəcək. Hücumda oynayan Qonsalo İquain qollar vuracaq”.
Maradona yığmasının gücünə şübhə etmədiyini də bildirib: “Bu komandaya inanıram. Fikrimcə, turniri qazanmaq şansımız 1986-cı ildəkindən çoxdur. Həmin vaxt futbolçuların indiki kimi belə əminliyi yox idi”.

- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
0
0