Zidanın “yox” dediyi komanda: Səhra tülküləri
13.05.2010 - 23:01
CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinə 28 gün qalıb. Mundial iştirakçıları ilə tanışlığı davam etdirən apasport.az saytı bu dəfə C qrupunda mübarizə aparacaq Əlcəzair yığmasının təqdim edir. Əslən bu ölkədən olan əfsanəvi Zinəddin Zidanın soydaşları onun qədər məşhur olmadığından, onları tanımağa dəyər.
Dosye
Federasiya: Fédération algérienne de football (Əlcəzair Futbol Federasiyası)
Federasiya prezidenti: Məhəmməd Rauraya
Yaranma tarixi: 1962
1963-cü ildən FİFA-nın, 1964-cü ildən CAF-ın üzvüdür.
Ləqəbi: Səhra tülküləri
Rəngləri: yaşıllar
Baş məşqçi: Rabah Saadan
Tarixinin ilk oyunu: Tunis 2:1 (1957)
Yığmada ən çox oyun keçirənlər: Mahiddin Meftah (107), Lahdar Bellumi (89), Abdelhafid Tasfaut (88)
Yığmada ən çox qol vuranlar: Abdelhafid Tasfaut (36), Rabah Macer (29), Lahdar Bellumi (26)
Məşhur oyunçuları: Rabah Macer, Mahiddin Meftah, Yəzid Mənsuri, Lahdar Bellumi, Abdelhafid Tasfaut, Kərim Ziani
Nailiyyətləri
Əlcəzair yığması tarixində ilk dəfə 1982-ci ildə mundialın final mərhələsinə yüksələ bilib. İspaniyada keçirilən yarışda afrikalılar ilk oyunda AFR yığmasını 2:1 hesabı ilə məğlub etməklə, bütün dünyanı şoka salıb. Sonradan Avstriyaya uduzub, Çilini məğlub edən komandanın “torbası” Almaniya – Avstriya matçında tikilib. Artıq növbəti mərhələyə çıxan avstriyalılar qonşularına 0:1 hesabı ilə uduzaraq, hər 3 komandanın eyni xal toplamasın və Əlcəzairin kənarda qalmasına səbəb olub.
4 il sonra isə “səhra tülküləri” qrupda cəmi 1 xal toplamaqla zəif imicini doğruldub. CAR-da üçüncü cəhdini gerçəkləşdirəcək komanda Afrika Millətlər Kubokunda kifayət qədər uğur qazanıb. Lakin bu uğurlar uzaq keçmişdə qalıb. 1990-cı ildə qızıl, 1970-də gümüş, 1984 və 1988-ci illərdə bürünc qazanıb.
DÇ yolunda
Mübarizəyə ikinci seçmə mərhələdə başlayan Əlcəzair mundialın 3 dəqiqəliyində vəsiqənin itirilməsindən xilas olub. Qambiya (1:0, 0:1), Liberiya (3:0, 0:0) və Seneqal (3:2, 0:1) yığmaları ilə oyunlarda qrup qalibi kimi 3-cü seçmə raunduna çıxan “səhra tülküləri” buna görə bəxtindən razı olmalıdır. Sonuncu tur ərəfəsində 9 xala malik qrup lideri Liberiyada, hərəyə 8 xalı olan Seneqal və Qambiya birincilərin meydanında üz-üzə gəlirdi. Autsayderin müqavimətini qıra bilməyən yaşıllar eyni vaxtda başlayan digər görüş boyu seneqallıların irəlidə olduğunu bilirdi. Bu isə Seneqalı qrup qalibinə çevirəcəkdi. Qambiya yığması sona 3 dəqiqə qalmış hesabı bərabərləşdirməklə, Əlcəzair üçün qəhrəmanlıq etməyi bacardı.
Üçüncü seçmə mərhələnin taleyi isə pley-offda həll olundu. Ruanda (3:1, 0:0), Zambiya (1:0, 2:0) və Misirlə qarşılaşan (3:1, 2:0) əlcəzairlilər Afrikanın ən güclülərindən sayılan fironlarla eyni xal yığdı. Belə vəziyyətdə onlar arasında “Qızıl oyun” xarakteri daşıyan əlavə matç keçirildi. Yəhyanın həlledici matçdakı yeganə qolu Misiri mundialdan kənar qoydu.
Zidanın “yox” dediyi komanda
Əlcəzair yığmasının baş məşqçisi Rabah Saadan özünəməxsus rekord sahibidir. O, məşqçilik karyerasında 5-ci dəfədir milliyə rəhbərlik edir. Dörd dəfə istefaya göndərilmiş çalışdırıcı 24 il əvvəlki “səhra tülküləri” üçün sonuncu mundialda da iş başında idi. Bir müddət əvvəl onun başının üstünü növbəti qara buludlar almışdı. Federasiya rəhbərliyi əfsanəvi Zidana müraciət edərək, mundialda komandanı çalışdırmağı xahiş etmişdi. “Zizu” kimi tanınan əfsanə isə tarixi vətənindən gələn elçilərə “yox” cavabını vermişdi. Daim qonşu Misirlə münaqişələrə səbəb olan futbol 1990-cı ildəki böyük qalmaqaldan 19 il sonra yenə alovlandı. Çünki mundiala vəsiqənin sahibi neytral ölkə olan Sudandakı həlledici görüşdə müəyyənləşməli idi. Dava-dalaşdan tutmuş Misir səfirliyinə basqın cəhdlərinə qədər hər şeyin təsadüf olunduğu qalmaqal bu ilin qışında məntiqi sonluğuna çatdı. Millətlər Kubokunun yarımfinalında fironlar “səhra tülküləri”nin “dərisini boğazından çıxardı” – 4:0. Mundialın güclülərindən sayılmayan heyətə malik Saadanın işinə iki amil yaraya bilər. Bunlar meydan və qrupla bağlıdır. Birinci yerin ingilislərə qismət olacağına şübhə edilməyən qrupda afrikalılar ABŞ və Sloveniyanı arxada qoymağa çalışacaq. Bu işdə döyük azarkeş kütləsi də “qara qitə” təmsilçisinin tərəfində olacaq.
Oyunlarının təqvimi
13.06.2010 Sloveniya
18.06.2010 İngiltərə
23.06.2010 ABŞ
Mundial iştirakçısı və biz
Əlcəzair komandaları təmsilçilərimizlə heç vaxt görüşməyiblər. Bu ölkədən olan futbolçular da Azərbaycan klublarına gəlməyiblər. Lakin əslən əlcəzairli olan İsveç vətəndaşı Nadir Bençema 2008/09 mövsümündə “Xəzər-Lənkəran”da çıxış edib. İkinci dövrədə transfer olunan legioner yarım ildən sonra geri qaytarılıb.
Apasport.az-ın proqnozu: mundialı qrup mərhələsində bitirəcək.
Vüqar XEYRULLAYEV

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0