Zədə yığmamızın 2 üzvünə mane oldu
24.08.2010 - 11:00
Azərbaycan yığmasının taekvondoçuları Pekində keçiriləcək Beynəlxalq İdman Oyunlarına yollana bilməyəcəklər. Bu barədə apasport.az saytına milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev verib.
Onun sözlərinə görə, Rəşad Əhmədovla Təvəkkül Bayramovun zədə səbəbindən səfərləri təxirə salınıb. Məşq prosesində əllərindən xəsarət alan taekvondoçularımız hazırda bərpa dövrü keçirlər.
Qeyd edək ki, Beynəlxalq İdman Oyunlarında Azərbaycanı samboçumuz da təmsil edəcək. 68 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini Emin Həsənov qoruyacaq. Avqustun 29-da start götürəcək yarış 5 gün davam edəcək.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0