Boksçularımız olimpiadada 2 gümüş medal qazandı – YENİLƏNİB
25.08.2010 - 11:29
Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, 12 idmançı ilə yarışa qatılan Azərbaycan yığması bu gün boks növündə iki medal qazanıb.
48 kq
Bu çəkidə mübarizə aparan Salman Əlizadə mübarizəyə yarımfinaldan başlayıb. İlk görüşdə sinqapurlu Mohd Həmidə qalib gələn həmyerlimiz həlledici döyüşdə Ryan Barnettlə (İrlandiya) üz-üzə gəlib. Təəssüf ki, təmsilçimiz ilk görüşdəki uğurunu davam etdirə bilməyib və 13:6 hesabı ilə uduzaraq, Olimpiadanın gümüş mükafatına layiq görülüb.
57 kq
Həmyerlimiz Elvin İsayev finalda güclü rəqibə qarşı mübarizə aparıb. Bu mərhələyə kimi Anand Daşdorj (Monqolustan) və Fradimil Makoyaya (Venesuela) qalib gələn boksçumuz son döyüşündə almaniyalı dünya çempionu Artur Brillə qarşılaşıb. İlk 2 hissədə rəqiblə bərabər səviyyədə döyüşən İsayev son hissədə üstünlüyü əldən verib və 4:11 hesabı ilə məğlub olaraq Olimpiadanı ikinci pillədə bitirib.
Qeyd edək ki, boksçularımızdan öncə Olimpiadada yığmamızın heyətində Murad Bazarov (42 kq), Elman Muxtarov (52 kq), Patimat Baqometova (52 kq), Nicat Rəhimov (69 kq), Əli Maqomedabirov (100 kq) qızıl, Kənan Quliyev (54 kq) isə gümüş medala yiyələniblər.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0