Azərbaycan yığması Yaponiyaya gedir
25.08.2010 - 14:38
Cüdo üzrə kişilər və qadınlardan ibarət Azərbaycan yığmaları İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışın başa vurublar. Apasport.az saytının məlumatına görə, Ağayar Axundzadənin rəhbərlik etdiyi komanda dünya çempionatına son hazırlığı mundialın keçiriləcəyi Yaponiyada davam etdirəcək. Səfərə avqustun 27-də yola düşəcək cüdoçularımız burada bir neçə ölkənin iştirakı ilə təlim-məşq toplanışına qatılacaq.
Qeyd edək ki, sentyabrın 9-13-də Tokioda təşkil ediləcək dünya çempionatında ölkəmizi 8 cüdoçu – Tərlan Kərimov (66 kq), Rinat Mirzəliyev (73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) təmsil edəcəklər.

0
0