Mehman Əzizov: Çətin günlərim arxada qaldı
26.08.2010 - 13:24
“Hazırda məşqçilik fəaliyyətmi davam etdirirəm. Artıq yetirmələrim yarışlarda iştirak etməyə başlayıblar və gələcəkdə onların uğur qazanacağına inanıram”. Bu sözləri apasport.az saytına açıqlamasında cüdo üzrə Azərbaycan yığmasının sabiq üzvü Mehman Əzizov deyib.
3 dəfə Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən Əzizov “Kano” İdman Klubunda yeniyetmələr cüdonun sirlərini öyrədir. O bildirib ki, son vaxtlar böyüklərlə az işləyir və onların yarışlarında iştirak etmir: “Mənim qrupumda cəmi 2 böyükyaşlı cüdoçu var. Lakin onlarla birgə yarışa getmirəm. Bunun üçün Azərbaycan yığmasının son vəziyyətindən də xəbərsizəm. Dünya çempionatına yollanacaq millinin heyəti ilə bağlı nəsə deməkdə çətinlik çəkirəm. Mən əsasən yeniyetmələrlə işləyirəm”.
Bir vaxtlar Hepatit C virusundan əziyyət çəkən Əzizov çətin günlərini arxada qoyub. O, bununla bağlı heç bir probleminin qalmadığını deyib: “Artıq bütün gücümlə çalışıram. Müəyyən müddət xəstəlik problemim olsa da, müalicəm başa çatıb”.
Qeyd edək ki, yığmamızın sabiq üzvü Pekin Olimpiadasından sonra məşqçi işləməyə başlayıb.

- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0