Bazarov: Çalışacağam ki, uğurumun davamı gəlsin
28.08.2010 - 13:29
“Olimpiya oyunları mənim üçün çox çətin keçdi. Amma yarışa çox ciddi hazırlaşmışdım. Elə bunun da nəticəsində istəyimə çatıb olimpiya çempionu adını qazandım”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının üzvü Murad Bazarov deyib.
Yeniyetmələrin Sinqapurda keçirilən I Yay Olimpiya Oyunlarında qızıl medal qazanan güləşçimiz vətənə döndükdən sonra uğurunun asan əldə olunmadığını bildirib: “Ən çətin görüşün finalda oldu. Lakin həlledici qarşılaşmada da qalib gəlməyi bacardım. Çalışacağam ki, bu uğurun davamı gəlsin. Qarşıda məsul yarışlarımız, London Olimpiadası var. Bu uğurumda dövlət qayğısı, həmçinin valideynlərimlə məşqçilərimiz payı böyükdür”.
Qeyd edək ki, Bazarov yunan-Roma güləşi üzrə 42 kq çəki dərəcəsində qalib adını qazanıb.

- Azərbaycan Türk Dövlətləri Təşkilatının Bişkekdəki idman toplantısında təmsil olunub
- İdman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
0
0