Şəhriyar Məmmədyarov “onluq”da qaldı
01.09.2010 - 12:10
Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahının ilk “onluğ”unda qrossmeysterlərimizdən yalnız Şəhriyar Məmmədyarov yer alıb.
Ötən cədvəllə müqayisədə 2 pillə geriləyən zəka sahibimiz 2756 xalla 8-ci pillədə qərarlaşıb. Teymur Rəcəbov komanda yoldaşından fərqli, 3 pillə aşağı düşüb. 2748 xalı olan təmsilçimiz 13-cü yeri tutur. Digər qrossmeysterimiz Vüqar Həşimov isə 26-cı (2719) pillədəki yerini qoruyub.
Siyahıya 2826 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Onu 2803 xalla Veselin Topalov (Bolqarıstan) və 2800 xalla Vişvanatan Anand (Hindistan) izləyirlər.
Qeyd edək ki, ölkələrin reytinq cədvəlində kişilərdən ibarət milli komandamız 11-cidir.

- Formula 1 Azərbaycan Qran-Prisinin bütün biletləri satılıb
- Azərbaycan Milli Paralimpiya komandasının üzvləri təltif edilib
- Prezident İlham Əliyev Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırıb
- Paralimpiyaçılarımız vətənə dönüb - FOTO
- Şpaqa və sablya üzrə Bakı birinciliyinin qalibləri bəlli olub
0
0