Milli komandamızın heyətində 2 dəyişiklik
02.09.2010 - 15:57
“Qusarda təlim-məşq toplanışındayıq. Mötəbər yarışlardan sonra yenidən məşqlərimizi bərpa etmişik. Bu hazırlıqdan sonra milli komandamızda dəyişikliklər olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında taekvondo üzrə Azərbaycan yığmasının baş məşqçisi Ələkbər İmaməliyev deyib.
Sentyabrın 14-dək hazırlıqlar Qusar Olimpiya İdman Kompleksində keçiriləcək. Bundan sonra isə 2 çəkidə seçim olacaq və ən güclü idmançımız milli komandanın heyətinə cəlb ediləcək.
“Milli komandada bir sıra dəyişikliklər aparılacaq. Gənc taekvondoçuları sınaqdan keçirəcəyik. Onlardan yığmanı gücləndirə biləcək idmançını əsas komandaya götürəcəyik. Artıq 2 çəki üzrə fikrimizi dəqiqləşdirmişik. Növbəti yarışlarda 58 kq və 63 kq çəki dərəcəsində dəyişiklik ediləcək. Çünki bu çəkilərdə zəiflik hiss edilir” – deyə İmaməliyev bildirib.
Qeyd edək ki, 58 kq çəki dərəcəsində yığmamızın şərəfini milliləşdirilmiş koreyalı legioner Hi Sonq Li qorusa da, Avropa çempionatı ərəfəsində o komandadan qovuldu. Sonra Lini qitə yarışında Vasif Qurbanov əvəzlədi. Lakin onun çıxışı da uğurlu alınmamışdı. Əsas komandada isə 63 kq çəkidə Ziya Qasımov mübarizə aparırdı.

- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- AMADA nümayəndələri beynəlxalq vebinarda iştirak ediblər
- Azərbaycanın kamandan oxatma üzrə qadınlardan ibarət yığması Asiya Kubokunda qızıl medal qazanıb
- Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq
0
0