Berti Foqts: Mənim arzum Premyer Liqada çalışmaqdır - MÜSAHİBƏ
05.09.2010 - 23:27
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, tanınmış mütəxəssis Avro-2012-nin seçmə mərhələsinin sentyabrın 7-də keçiriləcək Almaniya ilə qarşılaşması haqda fikirlərini açıqlayıb.
- Almaniya yığmasının seçmə mərhələdəki ilk matçında Belçika üzərində 1:0 hesablı qələbəsini necə dəyərləndirirsiniz?
- Almaniya üçün bu üç xal demək olar ki, qrup qalibi olmaq anlamına gəlir. Çünki bu gənc Belçika yığması qrupda Almaniyadan sonra ən güclü komandadır. Düşünmürəm ki, Türkiyə səfərdə Belçikanı məğlub edə bilsin.
- Öz komandanız üçün Almaniya haqda hansı bilikləri öyrənmisiniz?
- Bundestimin Belçika ilə oyununu yalnız bir gözümlə izlədim. Çünki həmin vaxt yığmanın düşərgəsində ad günü qeyd edirdik. Əvəzində köməkçim Olaf Yansen Brüsselə ezam olunmuşdu. Almaniya yığması müəyyən anlarda dünya çempionatının final mərhələsindəki oyunu göstərməklə inamlı qələbə qazandı.
- Siz dəfələrlə vurğulamısınız ki, bu Almaniyadan alınan pulsuz dərsdir. Ötən seçmə mərhələdə həmyerlilərinizə 0:4 hesablı məğlubiyyət istisna olmaqla bütün rəqiblərinizə müqavimət göstərdiniz. Hətta Rusiyadan xal da aldınız -1:1. Bunu Kölndə təkrarlaya bilməzsiniz ki?
- Biz Finlandiya, Uels, Rusiya kimi komandaların əhvalını korlaya bilərik. Lakin bunun üçün müəyyən şərtlər var. Ondi isə mənim iki çox vacib arxa xətt oyunçum yoxdur. Söhbət Vladimir Levin və Ruslan Abuşovdan gedir. Onlar qısa müddətə sıradan çıxıblar. Bundan başqa bizim ən yaxşı bombardirimiz çatmır. Buna görə də Almaniyada artıq nə isə edə bilmərik. Bütün bunlara baxmayaraq maksimum çalışacağıq ki, bacardığımız qədər yaxı nəticə göstərək. Mənim üçün çox vacibdir ki, futbolçular matçdan sonra nəticə çıxarsınlar. Onlar “bizə nə çatmırdı”, “daha yaxşı oynamaq çün nə etməliyik” suallarına cavab tapsınlar. Bununla da pulsuz dərs almış olacağıq. Hərçənd belə dərslər üçün böyük məbləğlərə dəyir.
- Sabiq komandanızla oyunun hazırlıqlarını ötən həftənin əvvəlindən başlamısınız. Almaniya toplanışına belə erkən gəlmək nə dərəcədə zəruri idi?
- Bu, futbolçuların şəraitə uyğunlaşmasına xidmət edir. Oyunçular sürətli ot örtüyünə öyrəşməli, yay geyimində qış geyiminə keçməyə, müasir idman ayaqqabılarına da uyğunlaşmalıdırlar. Bütün bu xırdalıqlara fikir vermək lazımdır.
- Siz ötən seçmə mərhələdə də Azərbaycanda çalışmışdınız. İşinizdən belə zövq alırsınız ki, çalışmanızı davam etdirirsiniz?
- Əlbəttə ki, işim ürəyimcədir. Yoxsa müqaviləni yeniləməzdim. Burada inkişafla bağlı görülən işlər sadəcə cəlbedicidir.
- Azərbaycandakı müqavilənizin müddəti nə qədərdir?
- Orada işləmək istədiyim qədər. Bu heç də pul qazanmaq arzusu ilə bağlı deyil. Çünki mənim arzum ABŞ və ya İngiltərə Premyer Liqasında çalışmaqdır.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0