“Azərbaycan yığmasına qarşı daha bir yaxşı oyun keçirməyə çalışacağam”
06.09.2010 - 10:09
Almaniya milli komandasının hücumçusu Miroslav Kloze əfsanəvi həmkarı Herd Müllerin rekordunu qırmaq fikrindədir. Apasport.az saytının məlumatına görə, Müller vurduğu 62 qolla Bundestimin tarixində bombardir olaraq qalır. İndiyə kimi yığmada 102 oyuna 53 qol vuran Kloze yaxın gələcəkdə istəyinə nail olmaq niyyətindədir. Təcrübəli hücumçu bu məqsədlə Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə sabahkı oyunda Müllerə bir qədər də yaxınlaşmağa çalışacaq: “Mən Azərbaycan yığmasına qarşı daha bir yaxşı oyun keçirməyə çalışacağam. Hər görüşdə qol vurmaq istərdim. Yığmanın iki bombardiri arasında olmaq xoşdur”.
Qeyd edək ki, Miroslav ötən seçmə mərhələdə yığmamızın qapısına hər iki oyunda yol tapıb. Bakıdakı görüşdə bir qol vuran hücumçu Hannoverdə dubl edib.
Qeyd edək ki, Miroslav ötən seçmə mərhələdə yığmamızın qapısına hər iki oyunda yol tapıb. Bakıdakı görüşdə bir qol vuran hücumçu Hannoverdə dubl edib.
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
0
0