“Xəzər-Lənkəran”ın futbolçusu Macarıstana aparılmadı
06.09.2010 - 13:58
“Bakı” klubunun moldovalı futbolçuları Vadim Boretslə Aleksey Savinov Macarıstana yollanıb. Apasport.az saytının məlumatına görə, müdafiəçilər sabah yığmanın heyətində Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Macarıstan yığması ilə səfər oyununa çıxacaq.
Moldova yığmasının baş məşqçisi Qabi Balint ilk iki oyun üçün dəvət göndərdiyi 23 futbolçudan 4-nü Budapeştə aparmayıb. Bunlar arasında “Xəzər Lənkəran”ın hücumçusu Denis Kalinkov da var. Balint Lənkəran təmsilçisindən gedəndən sonra oynamayan Kalinkovu sınamağı son anda qətiləşdirsə də, Finlandiya ilə ev oyununda meydana buraxmayıb, Macarıstana isə aparmağı da lazım bilməyib. Evdə qalan dörd futbolçu arasında vaxtilə “Qəbələ” klubunda oynamış yarımmüdafiəçi Viktor Komlyonok da var.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0