Qurban Qurbanov: İnanıram ki, Berti Foqts ən yaxşısını edəcək
07.09.2010 - 11:13
“Həmişə milli komandamızın yaxşı nəticələr qazanmasını istəmişəm. İldən ilə irəli getmək lazımdır”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Bu gün Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçirəcək Azərbaycan yığması Kölndə Almaniya millisinin qonağı olacaq. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan yığmanın sabiq kapitanı, hazırda isə baş məşqçi kimi çalışan Qurbanov komandamızın yaxşı oyun göstərəcəyinə ümid edir: “Almaniya yığması qrupun ən güclü komandasıdır. Berti Foqts Almaniya futboluna yaxşı bələddir və həmvətənlərini yaxşı tanıyır. O, heyət qurarkən, rəqibə qarşı taktiki gedişləri müəyyənləşdirərkən ən yaxşısını edəcəyinə inanıram. Çətin olsa da, yaxşı oyun nümayiş etdirəcəyimizə ümidimiz var”.
Qeyd edək ki, Qurbanov yığmamızın tarixində ən məhsuldar futbolçudur.

- İslam Oyunları: İdmançılarımız bu gün iki növdə mübarizə apacaqlar
- APA-nın yaranmasından 21 il ötür
- Bakı məktəbliləri arasında velosiped yarışı keçirilib
- AMADA narkomanlığa qarşı mübarizəyə dair dövlət proqramı əsasında dəyirmi masa keçirib
- "Qarabağa veloyürüş – Zəfərin izi ilə" layihəsi həyata keçirilib
0
0