“Azərbaycanla oyuna yüksək-əhval ruhiyyədə çıxmaq istəyirik”
07.09.2010 - 12:26
“Avropa çempionatlarının seçmə mərhələlərində rəqibimizi məğlub edə bilməmişik. Amma bu dəfə başqa çarəmiz yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Türkiyə milli komandasına cavabdehlik daşıyan Ləvənt Kızıl deyib.
O bildirib ki, Belçika üzərində qələbə “ay-ulduzlular”ı Berti Foqtsun yetirmələrinə qarşı yüksək əhval-ruhiyyədə meydana çıxmasına gözəl zəmin yaradacaq: “Ötən il belçikalılar bizi çox məyus etdilər. Evdə heç-heçə, səfərdə məğlubiyyətin revanşını almaq istəyirik. Belçikaya qalib gəlsək, biz 6 xala sahib olacağıq, rəqib isə 0 xalda qalacaq. Bu qələbə bizə əlavə üstünlük verəcək. Çünki qarşıda Almaniya və Azərbaycanla oyunlarımız var. Onlarla oyuna yüksək-əhval ruhiyyədə çıxmaq istəyirik”.
Qeyd edək ki, Türkiyə və Belçika oyunu bu gün keçiriləcək.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0