“Almaniya ilə heç-heçə etməyimiz lotereyada udmaq kimi bir şeydir”
07.09.2010 - 15:21
“Etiraf edim ki, Kölndəki qarşılaşma mənim üçün fərqli bir şeydir. Bu bir fantastikadır. 45 min tamaşaçının gözü qabağında belə fantastik stadionda oynamaq möhtəşəmdir. Belə şəraitdə oynamaq Azərbaycanda mümkünsüzdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının almaniyalı məşqçisi Uli Ştayn deyib.
Almaniya yığmasının sabiq qapıçısı vaxtilə şərəfini qoruduğu komanda ilə çalışdığı millinin bu gün baş tutacaq oyunu haqda fikirlərini açıqlayıb. Ştayn Avrı-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq görüşdə səviyyə fərqinin aşkar olduğunu düşünür: “Azərbaycan futbolçuları çempionat oyunlarında bir neçə yüz tamaşaçı qarşısında oynayırlar. Beynəlxalq matçlarda bu rəqəm bir az çox olur. Almaniya ilə isə heç müqayisəyə gəlməz. Bu, Azərbaycanda futbola bağlı olan hər şeyə aiddir. Düzdür, oyunçular hamısı peşəkardır və pis şəraitə layiq deyillər. Lakin onların hazırlıq keçdiyi yerlər peşəkarlıqları ilə uyğun gəlmir”.
Ştayn yığma üzvlərinin klublardakı hazırlığının düzgün aparılmamasından gileylənib: “Məsələn, elə klublar var ki, mövsüm ərəfəsindəki hazırlıq dövründə gündə 1 dəfə məşq edib. Bu da 1 saat, 1 saat 55 dəqiqə sürüb. Bu da ki, ağlasığmazdır. Ona görə də biz yığmada hər şeyi sıfırdan başlamalı oluruq. Klublarda aparılmalı olan fitnes məşqlərini də biz keçirik”.
Yığmamızın qapıçılarla işləyən məşqçisinin sözlərinə görə, Azərbaycan millisi Kölndə keçiriləcək matçda böyük hesabla uduzacaq: “Ona görə də Hannoverdəki kimi 0:4 hesabı ilə uduzmaq qənaətbəxş nəticədən də artıq olacaq. Həmin vaxtdan Almaniya yığması xeyli inkişaf edib. Bundestim dünya çempionatında da fantastik futbol göstərdi. Bizim heç-heçə etməyimiz isə lotereyada udmaq kimi bir şeydir”.
Qeyd edək ki, Kölnün “Reynenerji ştadion” arenasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
0
0