Tomas Müller: Azərbaycana hər iki oyunda qalib gələcəyik
07.09.2010 - 17:05
“Qrupumuzda birinci olacağımıza əminəm. Əlbəttə, qrupumuz elə də asan deyil. Ancaq Türkiyə, Avstriya, Belçika, Azərbaycan və Qazaxıstan yığmaları tamamilə keçiləsi rəqiblərdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya yığmasının futbolçusu Tomas Müller deyib.
Son dünya çempionatında parlaq çıxışı ilə yadda qalan 21 yaşlı hücumçu həm bombardir kimi “Qızıl buts”a sahib çıxdı, həm də turnirin ən yaxşı gənc futbolçusu kimi mükafata layiq görüldü. Bu gün milli komandamızla Avro-2012-nin seçmə mərhələ oyununa çıxacaq Müller gələn il Bakıda görüşdə də qalib gələcəklərini deyir: “Fikrimcə, biz rəqiblərimizin hamısına qalib gələcəyik. Hesab edirəm ki, Avro-2012-yə seçmə mərhələdən qrup birincisi kimi çıxacağıq”.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0