Yoahim Löv: Futbolçularımız bu qələbədən həzz aldılar
08.09.2010 - 01:15
“Bizim komanda müdafiə meylli rəqibə qarşı oynadı. Komandam bu oyundan sonra həzz aldı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.
Bundestimin çalışdırıcısı Avro-2012-nin Azərbaycan yığması ilə oyunundan sonra keçirilən mətbuat konfransında böyük hesablı qələbədən məmnun qaldığını bildirib: “Azərbaycan 9-10 nəfərlə müdafiə olundu. Buna baxmayaraq, biz 6 qol vurub qələbə qazandıq. Futbolçularımız bundan həzz aldılar. Bilirdik ki, Azərbaycan ortada 3, arxada 4 futbolçu ilə oynayacaq”.
Löv öz yığması haqda da fikirlərini bildirib: “Bu heyətlə davam edəcəyik. Ola bilsin ki, heyətə yeni futbolçular da dəvət edək”.
2022-ci ildə Azərbaycan milli komandasını çalışdırıb-çalışdırmamağı ilə bağlı suala isə Lövün cavabı maraqlı olub: “O qədər yaşım olmayacaq ki, Azərbaycan yığmasını çalışdırım. O vaxt mən elə qocalmayacağam ki... Azərbaycan milli komandasında bəzi yaxşı futbolçuların olduğunu gördük. Ölkənizdə futbolun inkişafı üçün 1-2 il də vaxt lazımdır”.
Qeyd edək ki, Almaniya yığması hər hissədə 3 qol vuraraq, yığmamızı 6:1 hesabı ilə məğlub edib.

- Təmsilçimiz Rusiyada bürünc medal qazanıb
- III MDB Oyunları ilə əlaqədar olaraq Gəncə “MDB-nin idman paytaxtı” seçilib
- III MDB Oyunlarında 246 medal dəsti uğrunda mübarizə aparılacaq
- "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
- Yeniyetmə badmintonçularımız beynəlxalq turnirdə qızıl medal qazanıblar
0
0