Dmitri Kruqlov qol “yağışı”na düşdü
08.09.2010 - 08:33
Bakının “İnter” klubunun futbolçusu Dmitri Kruqlovun şərəfini qoruduğu Estoniya milli komandası növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, əksər Avropa ölkələrindən fərqli seçmə oyunu keçirməyən Baltikyanı təmsilçisi qüvvəsini yoxlama görüşündə sınayıb. Estoniyalılar Asiya təmsilçisi Özbəkistanla qarşılaşıblar. Komandaların hərəyə 3 qol vurduğu matçda azarkeşlər qol “yağış”ına şahid olublar – 3:3.
Unibank Premyer Liqasının matçdakı yeganə təmsilçisi qarşılaşmanın 66-cı dəqiqəsində meydana daxil olub. Ötən mövsüm ölkəmizdə çıxış edən Tihon Şişov da bu oyunun iştirakçısı olub. “Xəzər Lənkəran”ın sabiq müdafiəçisi 82-ci dəqiqədə mübarizəyə qoşulub.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0