Dünya çempionlarını “kötəklədilər”
08.09.2010 - 10:38
Futbol üzrə keçirilən yoldaşlıq görüşləri gözlənilməz nəticələrlə yadda qalıb. Apasport.az saytının məlumatına görə, son dünya və Avropa çempionları - İspaniya yığması Argentina ilə oyunda darmadağın olub - 1:4.
Bu, 2008-ci ildə qitə çempionatında qızıl medal qazandıqdan sonra ispanların sükanı arxasına keçən Visente Del Boskenin yoldaşlıq matçında ilk məğlubiyyəti kimi tarixə düşüb. Bununla da İspaniya milli komandasının son 2 ildə üçüncü dəfə meydandan qələbəsiz ayrılması rəsmiləşib. Lakin Del Boskenin yetirmələri əvvəlki 2 matçda böyük hesabla yenilməmişdilər. Onlar Konfederasiyalar kubokunun yarımfinalında ABŞ-a 0:2 və dünya çempionatının final mərhələsinin ilk görüşündə İsveçrəyə 0:1 hesabı ilə uduzmuşdular.
Avro-2012-nin təşkilatçıları - Ukrayna və Polşa yığmaları da yoldaşlıq görüşündə fərqli nəticələr göstəriblər. Onlardan ukraynalılar Çiliyə 2:1 hesabı ilə qalib gəlsələr də, polşalılar Avstraliyaya 1:2 hesabı ilə məğlub olublar. Bu isə panlar ölkəsinin milli komandasında tənəzzül dövrünün davam etməsinin göstəricisidir.
Yoldaşlıq görüşləri
Argentina - İspaniya – 4:1
Messi, 10. İquain, 13. Teviz, 34. Aquero, 90 – Llorente, 84
Yamayka – Kosta-Rika – 1:0
Conson, 66
Yaponiya – Qvatemala – 2:1
Morimoto, 12; 22 – Rodrigez, 23
Koreya – İran – 0:1
Şocayi, 35
Çin – Paraqvay – 1:1
Lin, 34 - Barrios, 8
Estoniya – Özbəkistan – 3:3
Purje, 25. Vassilyev, 62; 71 (pen) – Şatskix, 40. Geynrih, 55; Barenqrub, 86 (öz qapısına)
Ukrayna – Çili – 2:1
Rakitskiy, 37. Əliyev, 65 – İsla, 87
Polşa – Avstraliya – 1:2
Levandovski, 18 – Holman, 13. Uilkşir, 26 (pen)
Meksika – Kolumbiya – 1:0
Hernandez, 89

- Formula 1 Azərbaycan Qran-Prisinin bütün biletləri satılıb
- Azərbaycan Milli Paralimpiya komandasının üzvləri təltif edilib
- Prezident İlham Əliyev Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırıb
- Paralimpiyaçılarımız vətənə dönüb - FOTO
- Şpaqa və sablya üzrə Bakı birinciliyinin qalibləri bəlli olub
0
0