“Azərbaycan yığması ilə oyunda yanırdım”
08.09.2010 - 11:54
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən Almaniya – Azərbaycan matçının ən yaxşılarından biri Heyko Vestermann olub. Apasport.az saytının məlumatına görə, oyunun gedişində meydana daxil olan müdafiəçi arxa xətdən çox, qapımız ağzında fəallığı ilə seçilirdi. Heykonun belə canfəşanlığı nəticəsini də verdi. Yığmada 22-ci oyununda 4-cü qolunu vuran Vestermann bunu belə izah edib: “Azərbaycan yığmasına qarşı ilk dəqiqələrdən oynamaq üçün alışıb yanırdım. Meydana daxil olandan sonra da bunu hamı gördü”.
Qeyd edək ki, 2008-ci ildə yığmada debüt edən Vestermann CAR-da keçirilən dünya çempionatına aparılmamışdı.
Qeyd edək ki, 2008-ci ildə yığmada debüt edən Vestermann CAR-da keçirilən dünya çempionatına aparılmamışdı.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0