Dünya çempionatında cüdocularımızın rəqibləri müəyyənləşdi
08.09.2010 - 12:34
Sabah cüdo üzrə Yaponiyanın paytaxtı Tokioda start götürəcək dünya çempionatında Azərbaycan idmançılarının rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 66 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyacaq Tərlan Kərimov ilk mərhələdən azaddır. O, mübarizəyə növbəti mərhələdən qoşulacaq və birinci döyüşündə İsrail Verduqo (Ekvador) ilə üz-üzə gələcək. Yığmamızın debütantı Rinat Mirzəliyev (73 kq) mərhələ adlamaq üçün Seyid Hussani səddini keçməlidir.
81 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Elnur Məmmədli və Elxan Rəcəbli komandamızın digər üzvləri ilə müqayisədə daha güclü rəqiblə qarşılaşacaqlar. Olimpiya çempionumuz birinci döyüşündə George Şinjikaşvilini (Gürcüstan), Rəcəbli Lukas Blaçı (Polşa) sınağa çəkəcək.
Püşk yığmamızın lideri Elxan Məmmədova (90 kq) Aleksandr Manyevi (Kipr), Elmar Qasımova (100 kq) isə Dino Pfeyfferi (Almaniya) qismət edib.
Qadın cüdoçuların yarışında tatamiyə çıxacaq Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) növbəti mərhələyə yüksəlmək üçün müvafiq olaraq Battuqs Tumen-Odu (Monqolustan) və Diana Velaskonu (Kolumbiya) məğlub etməlidirlər.
Qeyd edək ki, 111 ölkədən 848 cüdoçunun qatıldığı dünya çempionatının ilk günü idmançılarımızdan Qasımov qüvvəsini sınayacaq. Sentyabrın 10-da Məmmədli, Rəcəbli və Məmmədov, 1 gün sonra Mirzəliyev, Qasımova və Yusubova nəyə qadir olduqlarını nümayiş etdirəcəklər. Komandamızın son üzvü - Kərimov isə sentyabrın 12-də mübarizəyə qoşulacaq.
Dünya çempionatına sentyabrın 13-də yekun vurulacaq.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0