Almaniyalılar 6 qolu 3 il 3 ay gözləyiblər
08.09.2010 - 14:41
Avro-2012-nin seçmə mərhələsinin A qrupunda keçirdiyi ilk oyununda Almaniyaya 1:6 hesabı ilə uduzan Azərbaycan milli komandası Bundestimin həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, Yoahim Lövün yetirmələri çoxdandı belə qələbə qazana bilmirdi. Almaniyalıların 5 və ya daha çox top fərqi ilə qələbə qazandığı sonuncu oyun 1 il 3 ay əvvələ təsadüf etmişdi. Həmin vaxt almaniyalılar Dubay toplanışı zamanı BƏƏ yığmasını 7:2 hesabı ilə üstələmişdi.
İki il əvvəl Vadutsda Lixtenşteynin qonağı olan Bundestim 6:0 hesabına sevinmişdi. Lakin hər iki halda darmadağınlar səfərdə əldə olunduğundan almaniyalı azarkeşlər qol şousu görmürdü. Sonuncu belə oyun 3 il 3 ay əvvəl Nürnberqdə baş tutub. 2007-ci il iyunun 2-də San-Marinonu qəbul edən Lövün yetirmələri alman fanatlara 6:0-ın sevincini bəxş etmişdi. İndi isə 49 yaşlı çalışdırıcının yetirmələri doğma meydanda ikinci dəfə qonaqpərvər olmadığını göstərdi.

- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
0
0