Tanınmış rusiyalı qapıçını Azərbaycana gəlməyə qoymadılar
16.09.2010 - 10:22
Tanınmış rusiyalı qapıçı Venyamin Mandrıkinin Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində rəqibi Qazaxıstan yığmasında oynamaq arzusu çin olmayıb.
Apasport.az saytının məlumatına görə, qazaxlar Rusiyanın I divizionunda çıxış edən Bryanskın “Dinamo” klubunun futbolçusunu milliləşdirməkdə maraqlı deyillər. Qazaxıstan Futbol Federasiyası son günlərdə Mandrıkin yığmalarında yer alacağı ilə bağlı xəbərlərə rəsmi münasibət bildirməli olub: “Son vaxtlar Qazaxıstanın və Rusiyanın bir sıra Kütləvi İnformasiya Vasitələrində Venyamin Mandrıkinin Qazaxıstan mili komandasına cəlb olunmasının mümkünlüyü ilə bağlı informasiya yer alıb. Qazaxıstan Futbol Federasiyası rəsmən bəyan edir ki, bu informasiya həqiqətən uyğun deyil. Biz bu futbolçunun Qazaxıstan yığmasına cəlb olunmasına maraq göstərməmişik”.
Qeyd edək ki, Qazaxıstan millimizlə rəsmi oyunlarını gələn il keçirəcək.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0