Elxan Rəcəbli: Bilsəm ki, zəifləmişəm, idmandan gedərəm
16.09.2010 - 12:49
“İlk görüş həmişə çətin olur. Bu üzdən iki dəfə məğlub etdiyim rəqibimə gözlənilmədən məğlub oldum”. Bu sözləri apasport.az saytına açıqlamasına cüdo üzrə yığmamızın üzvü Elxan Rəcəbli (81 kq) deyib.
Yaponiyada keçirilən dünya çempionatında ilkin mərhələdə portuqaliyalı Lukas Blaça uduzaraq mübarizəni dayandıran Rəcəbli məğlubiyyətlə barışmır. Təcrübəli cüdoçumuz bildirib ki, rəqibinə xəbərdarlıq və hakimin “köməkliyi” ilə uduzub: “Çempionata yaxşı hazırlaşmışdım. Yaponiyada uğurlu çıxışıma inanırdım. Lakin nədənsə alınmadı. Rəqibimə xalla deyil, xəbərdarlıqla uduzdum. Belə ki, xəbərdarlıq sayına görə mən ondan irəlidə idim. Görüşün başa çatmasına 1 dəqiqə qalmış yan hakimlərdən biri rəqibə xəbərdarlıq etmək istəsə də, digəri susdu. Nəticədə mübarizəni dayandırdım. Bir sözlə, çempionatda özümü toplaya bilmədim”.
Rəcəbli zəiflədiyini hiss etsə, idmançı karyerasını bitirməyə hazırdır. Lakin aktivində 322 xalı olan və öz çəkisində 25-ci sırada olan təmsilçimiz London Olimpiadasına lisenziya qazanacağına əmindir: “Bilsəm ki, zəifləmişəm, idmandan gedərəm. Amma bütün rəqiblərimlə mübarizə aparmaq gücündəyəm. 81 kq çəki dərəcəsində Azərbaycanı Olimpiya çempionumuz Elnur Məmmədli və mən təmsil edirik. Hansımız daha çox xal toplasaq və reytinqdə irəli olsaq, Böyük Britaniyaya getmək hüququ qazanacağıq. Fikrimcə, növbəti görüşlərdə inamlı çıxış edərək London-2012-yə lisenziya qazanacağam”.
Qeyd edək ki, 81 kq çəkidə qüvvəsini sınayan Rəcəbli Məmmədlini 26 pillə qabaqlayır.

0
0