Yusubova və Məmmədlidən sıçrayış
20.09.2010 - 10:27
Beynəlxalq Cüdo Federasiyası Tokioda keçirilən dünya çempionatından sonra reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni açıqlayan siyahıda Azərbaycan idmançılarından daha çox Ramilə Yusubova (63 kq) irəliləyib. Mundialı bürünc medalla başa vuran həmyerlimiz 21 pillə qabağa gedərək 21-ci yerə yüksəlib və lisenziya xalını 308-ə çatdırıb. Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) də 18 pillə irəli getməyi bacarıb. 33-cü pillədə yer alan cüdoçumuzun aktivində 208 xalı var.
Dünya çempionatında 7-ci pilləni tutan Elmar Qasımov (100 kq) isə 31-ci yerə qalxıb və lisenziya xalını 220-yə çatdırıb. Mundialdan vətənə bürünc medalla qayıdan Elxan Məmmədov (90 kq) komanda yoldaşlarından fərqli, reytinq siyahısında geriləyib. Lakin 5-ci yerdən 7-ci yerə düşən yığmamızın lideri aktivindəki xalların sayını artırıb. O 756 xalla ən yaxın izləyicisindən 44 xal geri qalır.
Komandamızın digər üzvləri Elxan Rəcəbli (81 kq) 1, Tərlan Kərimov (66 kq) isə 2 pillə aşağı enib. Onların aktivində müvafiq olaraq 322 (26-cı yer) və 324 (17-ci yer) xalları var.
Cüdoçularımızdan yalnız Kifayət Qasımova (57 kq) öz mövqeyini qoruyub. Xanım idmançımız 156 lisenziya xalı ilə yenə 34-cü yerdədir.

- Bakı məktəbliləri arasında velosiped yarışı keçirilib
- AMADA narkomanlığa qarşı mübarizəyə dair dövlət proqramı əsasında dəyirmi masa keçirib
- "Qarabağa veloyürüş – Zəfərin izi ilə" layihəsi həyata keçirilib
- AMADA 2025-ci ilin 10 ayında 27 idmançının məkan məlumatı pozuntusunu açıqlayıb
- AMADA: Son 8 ildə ən çox dopinq sanksiyası tətbiq edilən idman növləri açıqlanıb
0
0