Daha 2 atletimiz dünya çempionatını medalsız başa vurdu
21.09.2010 - 19:55
Türkiyənin Antalya şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın 5-ci günü podiuma çıxan Sərdar Həsənov və Əfqan Bayramov ümidləri doğrultmayıblar.
69 kq çəki dərəcəsində mübarizə aparan hər 2 idmançımız B qrupunda qüvvəsini sınayıb. Birdən qaldırma yarışlarında Həsənov 145 kq çəkini ram edərək 2-ci olsa da, təkanla qaldırmada zəif nəticə göstərib. O sonuncu cəhddə sifariş etdiyi 179 kq çəkinin öhdəsindən gələ bilməyib. 320 kq (145 kq + 175 kq) çəkini başı üzərinə qaldıran həmyerlimiz ümumu nəticədə qrupunda 3-cü olub.
Komandamızın təcrübəli üzvü Bayramov isə 2 hərəkətin cəmində 306 (135 kq + 171 kq) kq-ın öhdəsindən gəlib. Bu isə onun qrupda 7-ci olması üçün kifayət edib.
Hər 2 ağırlıqqaldıranımızın dünya çempionatında tutacağı yer A qrupunda daha güclü idmançıların mübarizəsindən sonra müəyyənləşəcək.
Qeyd edək ki, mundiala 2 qadın və 8 kişi atletlə qatılan komandamızın heyətində Silviya Angelova (48 kq) və Elmir Əliyev (56 kq) çıxışını yekunlaşdırıb. Onlar müvafiq olaraq, 22-ci və 28-ci yerləri tutublar.

- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
0
0