“Beşiktaş”ın oyunçusu yığmamıza qarşı oynamaya blər
22.09.2010 - 10:58
Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 8-də Azərbaycan yığması ilə qarşılaşacaq Avstriya milli komandasının heyətində daha bir itki var. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Beşiktaş” klubunda çıxış edən Ekrem Dağ yığmamıza qarşı oynamaya bilər. Belə ki, türk əsilli futbolçu “Fənərbaxça” ilə keçirilən derbidə zədələnib. 29 yaşlı oyunçu ayaq barmağından xəsarət alıb. İlk baxışdan elə də ciddi görünməyən zədə Dağın yığmamıza qarşı oynamasına əngəl yaradıb. Onun yalnız oktyabrın 12-də Belçika ilə matçda meydana çıxa biləcəyi bildirilib.
Qeyd edək ki, Ekremə qədər avstriyalıların daha bir futbolçusu, Almaniyanın “Bavariya” klubunda çıxış edən Devid Alaba da zədələnmişdi.
Qeyd edək ki, Ekremə qədər avstriyalıların daha bir futbolçusu, Almaniyanın “Bavariya” klubunda çıxış edən Devid Alaba da zədələnmişdi.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0