Azərbaycan - Türkiyə oyunu bizə tanış hakimə tapşırıldı
22.09.2010 - 11:35
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Türkiyə oyununu idarə edəcək hakim müəyyənləşdi. Apasport.az saytının məlumatına görə, oktyabrın 12-də keçiriləcək görüşü rumıniyalı Aleksandr Dyakonu idarə edəcək. UEFA onu Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə göndərib.
İxtisasca biznesmen olan 38 yaşlı Dyakonu əvvəllər də bu stadionda fit çalıb. O, ötən il UEFA Avropa Liqasının dördüncü təsnifat mərhələsində keçirilən “Qarabağ” - “Tvente” (Hollandiya) oyununu (0:0) idarə etmişdi. Rumıniyalı 2005-ci il iyulun 28-də “Xəzər Lənkəran”la Moldovanın “Nistru” klubları arasında görüşdə də (1:2) ədaləti qorumuşdu.
Qeyd edək ki, Dyakonu UEFA-nın hakimlər üçün ikinci kateqoriyasına daxildir.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0