UEFA rumıniyalıları Bakıya göndərdi
22.09.2010 - 14:52
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Türkiyə oyununu idarə edəcək hakimlər briqadasının tam tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oktyabrın 12-də baş tutacaq qarşılaşmanın baş hakimi rumıniyalı Aleksandru Dyakonuya elə həmyerliləri kömək edəcək. UEFA-nın açıqladığı təyinatlara əsasən Adrian Vidan və Radu Ginquleaç nu matçda laysman, Sebastyan Koltesku isə ehtiyat hakim kimi iştirak edəcək.
Qeyd edək ki, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Mənbə: affa.az
Qeyd edək ki, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Mənbə: affa.az
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0