Turan Mirzəyev birinci oldu
22.09.2010 - 15:17
Ağırlıqqaldırma üzrə dünya çempionatında daha bir Azərbaycan atleti çıxışını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, Türkiyədə keçirilən mundialda Turan Mirzəyev (77 kq) iştirakını C qrupunun qalibi kimi başa vurub.
Birdən qaldırmada 138 kq çəkinin öhdəsindən gələn həmyerlimiz təkanla 184 kq çəkini başı üzərinə qaldırıb. Nəticədə iki hərəkətin cəminə görə 322 kq ağırlığın altına “girən” Mirzəyev qrupunda bütün rəqiblərini qabaqlayıb. Onun yekun yeri A və B qruplarında mübarizə aparacaq atletlərin çıxışından sonra dəqiqləşəcək.
Qeyd edək ki, dünya çempionatında 10 idmançı ilə qüvvəsini sınayan Azərbaycan yığmasının 4 üzvü çıxışını yekunlaşdırıb və mükafatçılar sırasında düşə bilməyiblər.

- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri
- Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib
- AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib
- Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü - FOTOLENT
0
0