6 uşaq və 8 nəvə sahibi idmana qayıtdı - FOTO
27.01.2011 - 14:04
6 uşaq və 8 nəvə sahibi idmana qayıtdı - FOTO
Türkiyə idmanında maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, atletika üzrə milli komandalarının sabiq üzvü Durali Yıldız 14 ildən sonra – 55 yaşında yenidən karyerasını davam etdirməyə qərar verib.

Dünyada idmanda çox nadir hallarda rast gəlinən bu hal isə çoxlarını təəccübləndirməyib. Belə ki, Konya Böyükşəhər Bələdiyyəsi komandasında çıxış etməyi qərara alan, 6 uşaq və 8 nəvə sahibinin bu addımı hətta klubun baş məşqçisi Əli Topal tərəfindən dəstəklənib: “Sabiq idmançımız bir sıra sarsıntılar keçirdiyindən yenidən doğma peşəsinə qayıdıb. O, hazırda məşqlərdə elə can yandırır ki, bu digər atletlərimizə də nümunə olur. Biz belə idmançılara daima dəstəyik”.

Maraqlıdır ki, 55 yaşlı Yıldız bir neçə gün məşq etdikdən sonra hədəfini də açıqlayıb. O, bu yaşda Avropa və dünya çempionu olmaq arzusundadır. Durali hətta arzusunu həyata keçirənə qədər qaçacağını bildirib.