“Məqsədimiz Olimpiadaya hər çəkidə lisenziya qazanmaqdır”
31.01.2011 - 16:50
“Hər halda London Olimpiadasında 2 lisenziya olmayacaq. Daha çox olacaq. Ona görə idmançılarımız yeni güclə çalışırlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Boks Federasiyası (ABF) prezidenti Kamaləddin Heydərov deyib.
O, bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) və ABF arasında müqavilənin imzalanması mərasimində iştirak edən federasiya başçısı 2012-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək Olimpiada ilə bağlı fikirlərini açıqlayıb: “Hər çəkidə lisenziya qazanmaq məqsədimizdir. İnanıram ki, biz buna nail olacağıq. Təbii ki, lisenziya almaq təkcə idmançıların üzərində deyil. Məşqçilər, federasiya rəsmiləri çalışmalıdırlar. Kütləvilik nəticələr üçün stimul olacaq. Hər bir idmançının qarşısındakı məqsəd qızıl olur. Hərə döyüşə gedəndə yüksək məqsəd uğrunda yarışır. Bu idmandır. Söz verə bilmərik ki. Qızıl medal qazanacağıq. Amma bunun üçün çalışırıq”.
Qeyd edək ki, bu il sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda təşkil olunacaq dünya çempionatı olimpiadaya lisenziya xarakteri daşıyır.

- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0