“Bakıdakı dünya çempionatına 100-dən çox ölkənin qatılacağına ümid edirəm”
31.01.2011 - 17:06
“Azərbaycanda keçiriləcək dünya çempionatı təkcə AİBA üçün böyük yarış deyil. Bu, həm də 2012-ci ildə Londonda keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyır. Bu mötəbər turnirə minimum 100 ölkənin qatılacağına ümid edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu deyib.
O, rəhbəri olduğu assosiasiya və Azərbaycan Boks Federasiyası arasında Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı müqavilənin imzalanması mərasimində çıxış edib: “Bizim Azərbaycana ümidimiz və güvənimiz böyükdür. Azərbaycan Boks Federasiyasının prezidenti Kamaləddin Heydərova təşəkkür edirəm. O, Azərbaycanda hörmət bəslənilən adamlardandır. Heydərov federasiya prezidenti kimi də nüfuza malikdir. Onun rəhbərliyi altında nə qədər beynəlxalq turnirin Azərbaycanda təşkil olunduğunuz özünüz görürsünüz”.
Çinq-Kuo Vu Azərbaycan boksunun uğurlarından da danışıb: “Dünya çempionatı ilə yanaşı “Baku Fires” komandası haqda da danışmaq vacibdir. Azərbaycanın bu komandası beynəlxalq arenada gözəl çıxış edir. Onlar hələ uduzmayıblar. Keçirdikləri bütan oyunlarda qələbə qazanıblar”.”

- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0