Samboçularımız Qazaxıstandan medalsız qayıtdılar
02.02.2011 - 13:14
Sambo üzrə Azərbaycan yığması 2011-ci ilin ilk yarışında medal qazana bilməyib. Bu barədə apasport.az saytına məlumatı milli komandamızın baş məşqçisi Mübariz İbrahimov verib.
Onun sözlərinə görə, Qazaxıstanın Uralsk şəhərində keçirilən Dünya kubokunun mərhələ yarışında ölkəmizin idman şərəfini qoruyan 6 idmançı fəxri kürsüdə yer almayıb. Buna səbəb isə turnirin Olimpiya sistemi ilə keçirilməsi olub: “Yarışa yaxşı hazırlaşmışdıq. Lakin təəssüf ki, yığmamızın üzvləri sonacan irəliləyə bilmədilər. Burada yarışın Olimpiya sistemi ilə keçirilməsi də mühüm rol oynadı. Çünki yetirmələrimi məğlub edən samboçular sonda çempion adını qazandılar”.
Qeyd edək ki, Dünya kubokunda milli komandamızın heyətində Ağasəf Səmədov (52 kq), Elnur Əhmədov (62 kq), Namiq Sultanov (68 kq), Samir Kərimov (74 kq), Elməddin Əhmədov (82 kq) və Elşən Cəfərli (+100 kq) yer almışdılar.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0