İJF Qran-pri turnirini Tunisdən alıb, Azərbaycana verdi
03.02.2011 - 10:21
Beynəlxalq Cüdo Federasiyası (İJF) növbəti beynəlxalq yarışını Azərbaycana etibar edib. Apasport.az saytının məlumatına görə, qurumun yeni qərarına əsasən mayın 6-8-də Bakıda kişilər və qadınlar arasında Qran-pri turniri keçiriləcək.
Bu yarış təqvim planına görə Tunisdə baş tutmalı idi. Lakin bu ölkədəki vəziyyət İJF təqvimində dəyişikliyə səbəb olub. Turnirdə 50-yə yaxın komandanın qüvvəsini sınayacağı gözlənilir.
Qeyd edək ki, bu il yanvarın 15-16-da paytaxtımız “World Masters”ə də ev sahibliyi etmişdi.

- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0