Zəfər yürüşü davam edir
07.02.2011 - 09:54
WSB Liqasında mübarizə aparan Bakının “Baku Fires” klubu zəfər yürüşünü davam etdirir. Apasport.az saytının məlumatına görə, 8-ci turda Qazaxıstanın “Astana Arlans” klubunu qəbul edən paytaxt klubu növbəti qələbəsini bayram edib.
Astana qurdlarına heç bir şans verməyən Həmzət Ağayevin yetirmələri rəqibi 4:1 hesabı ilə məğlub ediblər. “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutan qarşılaşmada “Baku Fires”in heyətində Tuqsoqot Nayambayan (54 kq) Mirjan Rahimjanova, Soltan Migitinov (73 kq) Salyam Kanatlana, Rizvan Əlimuradov (85 kq) Marat Moldageyevə, Məhəmmədrəsul Məcidov (+91 kq) isə Sərdor Abdullayevə qalib gəliblər. Boksçularımızdan yalnız Koba Pxakadze (61 kq) Yerjan Mussafirova uduzub.
Qeyd edək ki, “Baku Fires” klubu WSB Liqasında 100 faizlik nəticə göstərib və qrup lideridir.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0