Boksçularımız Macarıstandan 1 qızıl, 2 bürünclə qayıdırlar
13.02.2011 - 13:30
Debretsen şəhərində Macarıstanın milli qəhrəmanı İştvan Boşkainin xatirəsinə həsr olunmuş ənənəvi boks turnirinə yekun vurulub. Boks Federasiyanın mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, yarışda milli komandamızın üzvləri də iştirak ediblər.
91 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov bütün görüşlərini qələbə ilə başa vuraraq, turnirin qalibi olub. Boksçumuz yarımfinalda macarıstanlı Şabolz Deeli texniki nokautla məğlub edib. Finalda isə həmyerlimiz Polşa idmançısı Maykl Olas üzərində 3:2 hesabı ilə qələbə qazanıb.
69 kq çəki dərəcəsində yarışan iki boksçumuz – Sadiq Eynullayev və Heybətulla Hacəliyev isə bürünc medalla kifayətləniblər. Eynullayev yarımfinalda Macarıstan təmsilçisi – Balaş Baskaiyə 4:7 hesabı ilə uduzub. Hacəliyev isə rusiyalı Pyotr Xamukova məğlub olub. Nəticədə, komandamız turniri 1 qızıl və 2 bürünc medalla başa vurub.
Boksçularımızdan İlkin Ağayev (52 kq), Rahib Bəylərov (75 kq) və Vətən Hüseynli (81 kq) mükafatsız qalıblar. Lisenziya xarakterli Dünya çempionatına hazırlaşan milli komandamız fevralın 15-də Bolqarıstanda start götürəcək beynəlxalq turnirdə də iştirak edəcək.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0