Bakıda 69 min avroluq lisenziya turniri
14.02.2011 - 17:17
Fevralın 17-19-da “Sərhədçi Atçılıq Mərkəzi”nin qapalı manejində atçılığın konkur növü üzrə CSI2*-W kateqoriyalı “Winter Cup” adlı Dünya kubokunun təsnifat mərhələsinin yarışları təşkil olunacaq. Azərbaycan Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, Novxanıda baş tutacaq turnirdə milli komandamızla bərabər, Rusiya, Gürcüstan və Bolqarıstan yığmaları da iştirak edəcəklər.
“Winter Cup”da Türkiyə və İrandan dəvət olunmuş hakimlər kollegiyası referilik edəcək. 3 gün davam edəcək yarışların sonuncu günündə - final mərhələsi – Qran-pri yarışı təşkil olunacaq. Bu yarışlarının nəticələri isə Beynəlxalq Atçılıq Federasiyası tərəfindən qeydə alınacaq.
Ümumi mükafat fondu 69 min avro təşkil edən turnir hər gün saat 15:00-da başlayacaq.
Qeyd edək ki, yarışda nəticələrə əsasən fərqlənəcək idmançılar London-2012-yə lisenziya xalları qazanacaqlar.

- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0