Mövlud Mirəliyev karyerasını bitirdi
15.02.2011 - 12:25
Afina Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyev idmançı karyerasını bitirib. Bu barədə apasport.az saytına Mirəliyevin özü məlumat verib.
Uzun müddətdir Azərbaycan yığmasının şərəfini qoruyan 38 yaşlı Mirəliyev bunu zədə problemi ilə əlaqələndirib: “Ötən il aldığım zədədən yaxa qurtara bilmirdim. Onurğa sütunumda problem yaranmışdı. Müalicə etdikdən sonra tatamiyə qayıdırdım və bu yenə özünü göstərirdi. Bunun üçün idmançı karyeramı başa vurmağı qərara aldım”.
Mirəliyev bundan sonra da cüdoda qalacağını bildirib: “Mən idmançı kimi bu idman növündən getsəm də, ölkəmizdə cüdonun inkişafı üçün bütün əlimdən gələni edəcəyəm. Hazırda Şəmkir Olimpiya İdman Kompleksində çalışıram. Bunun üçün əsas məqsədim də Qərb zonasında perspektivli idmançıların üzə çıxarılmasıdır. İnanıram ki, bu işdə də uğur qazanacağam”.
Qeyd edək ki, Mirəliyev 100 kq çəki dərəcəsində qüvvəsini sınayırdı.

- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
0
0