“Baku Fires” - “Pohang Poseidons”: Heyətlər açıqlandı
17.02.2011 - 00:53
“Baku Fires” boks klubu WSB liqasında növbəti döyüşünü fevralın 19-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində Cənubi Koreyanın “Pohang Poseidons” komandasına qarşı keçirəcək. Boks Federasiyasından apasport.az saytına verilən xəbərə görə, görüşün başlamasına 3 gün qalmış hər iki komanda heyətini açıqlayıb.
Ən yüngül çəki dərəcəsində komandamızın heyətində Maqomed Əbdülhəmidov mübarizə aparacaq. Onun rəqibi polşalı boksçu Lukaş Adam Maszçik olacaq. 61 kq çəki dərəcəsində “Baku Fires”in heyətində WSB liqasında rusiyalı Semyon Qrivaçyov debüt edəcək. Qrivaçyov 2009-cu ildə Bakıda keçirilmiş AİBA Prezident Kuboku turnirinin qalibidir. O, Koreya klubunun özbəkistanli idmançısı Bahodirjon Sultonovla üz-üzə gələcək.
Maraqlıdır ki, bu dəfə “Pohang Poseidons”un heyətində rinqə çıxacaq bütün boksçular əcnəbilərdir. Maszczyk və Sultonovdan başqa, moldovalı Viktor Kotiujanski, əlcəzairliilər Abdelxafid Bençabla və Çouaib Boulodinats da Bakıya gələn heyətə daxil ediliblər.
8 turdan sonra WSB liqasında yeganə məglubedilməz komanda olan “Baku Fires” 24 xalla qrupun vahid lideridir. Koreya təmsilçisi 6 xalla qrupda sonuncu yeri tutur. “Astana Arlans” isə 16 xalla 2-ci pillədədir. Qeyd edək ki, “Pohang Poseidons” əvəllər İncheon Red Wings adlanırdı. Ancaq sponsorun dəyişməsi ilə komandanın adında da dəyişiklik edilib.
54 kq
Maqomed Əbdülhəmidov (Baku Fires) – Lukaş Adam Maszçik (Pohang Poseidons)
61 kq
Semyon Qrivaçyov – Bahodirjon Sultonov
73 kq
Osman Əliyev – Viktor Kotijuanski
85 kq
Rizvan Əlimuradov – Abdelxafid Bençabla
91+kq
Abdulkadir Abdullayev – Çouaib Boulodinats

- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
0
0