Azərbaycanda yeni milli komanda yaradıldı
18.02.2011 - 16:52
Azərbaycanda qadın boksu üzrə milli komanda formalaşdırılır. Apasport.az saytının məlumatına görə, bu barədə “Baku Fires” - “Pohang Poseidons” klubunun rəsmilərinin və idmançılarının iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib.
Artıq fevralın 5-də fəaliyyətə başlayan komanda hazırda Dağıstanın İzberbaş şəhərində təlim-məşq toplanışındadır. Heyətdə 4 idmançı – Əzizə Abbasova, Fatma Urusova (hər ikisi 51 kq), Leyla Hacıyeva (60 kq) və Yelena Vıstropol (75 kq) yer alır. Təlim-məşq toplanışının martın 15-dək davam edəcək. Daha sonra isə Lənkəranda da toplanış olacaq və orada komandaya yeni istedadlı gənclər də qoşulacaq.
Rusiyalı mütəxəssis Aleksandr Denisovun rəhbərlik etdiyi komandanın ilk yarışı Çexiyada təşkil olunacaq turnirdir.
Qeyd edək ki, komandanın lisenziya xarakterli yarışlarda iştirak etməsi nəzərdə tutulur.

- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
0
0